Ali məktəblərə qəbul üzrə ilk imtahanın günü bəlli oldu

img

25-06-2010 [12:21]


Ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, ilk imtahan III ixtisas qrupuna sənəd verən abituriyentlər üçün olacaq. İmtahana sənəd verənlər bir neçə saatdan sonra imtahana buraxılış vərəqələrini internet vasitəsilə əldə edə biləcəklər. M.Abbaszadənin sözlərinə görə, imtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi ön şərtdir. Məhz bu səbəbdən, orta məktəbin builki məzunları qısa müddət ərzində - ən gec iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA