Magistraturaya ixtisas seçimi bu gün baza çatacaq

img

25-06-2010 [11:17]


Bu gün magistraturaya ixtisas seçimi başa çatacaq və seçim fazasına start veriləcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, magistratura imtahanlarının nəticələri iyunun 27-də açıqlanacaq. Yerləşdirməyə isə ayın 26-da günün ikinci yarısından start veriləcək. M.Abbaszadə bakalavrlara müraciət edərək, deyib ki, onlar üzvlük sənədlərini, ixtisas seçimlərini başa çatdırmalıdırlar. Komissiya sədrinin sözlərinə görə, müsabiqədə iştirak etmək hüququ olan 5238 bakalavrdan indiyədək 4452 nəfəri ixtisas seçimini təsdiq etdirib. Bu isə o deməkdir ki, hələ ixtisas seçimini aparmamış xeyli bakalavr var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA