Azərbaycanda havanın temperaturu 38 dərəcəyə qədər yüksələcək

img

25-06-2010 [11:12]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 28-32?, axşam 23-25?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? olacaq. İyunun 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-23?, gündüz 32-35?. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək. İyunun 27-də dəyişkən buludlu,əsasən yağmursuz hava gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23?, gündüz 32-37? olacaq. İyunun 28-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 33-38? təşkil edəcək. Azərbaycanın rayonlarında sabah gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23?, gündüz 31-36?, dağlarda gecə 10-14?, gündüz 21-26? isti olacaq. İyunun 27-28-də gün ərzində hava yağmursuz olsa da, gecə və axşam ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 33-38?, dağlarda gecə 10-14?, gündüz 23-28? isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA