Nazir əmr verdi - İnstituta yeni direktor təyin olundu

img

27-03-2017 [16:28]


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kadr dəyişikliyi edilib. 

İnstitutun direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən azad edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmrinə əsasən Həqiqət Qədirova instituta yeni direktor təyin olunub. Həqiqət Qədirova həm də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.

Qeyd edək ki, Həqiqət Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktoru vəzifəsində çalışıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA