Azərbaycan Silahlı Qüvvələrinin 92-ci ildönümü Brüsseldə qeyd edilir

img

24-06-2010 [05:37]


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi ilə birlikdə Brüssel şəhərində rəsmi qəbul keçirib. Tədbirə dövlətlərin Belçika Krallığı və NATO-dakı Səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporasının nümayəndələri iştirak etmişdir. Bundan əlavə, Brüsseldə səfərdə olan Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev və Nazirliyin digər əməkdaşları da tədbirə qatılıb. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Səfir Kamil Xasıyev və Hərbi Nümayəndə general-mayor Hüseyn Mahmudov açılış nitqi söyləmişlər. Çıxışçılar qonaqları salamladıqdan sonra onları Azərbaycan Silahlı Qüvvələrin yaranması və inkişafı tarixi və Azərbaycan-NATO münasibətləri barədə məlumatlandırmışlar. Tədbir çərçivəsində ?Müasir Bakının Görüntüləri? adlı Foto Sərgi təşkil edilmişdir. Sərgi zamanı qonaqlar Bakının inkişaf tarixi, onun keçmiş əsrlər boyu coğrafi-siyasi əhəmiyyəti barədə məlumatlandırılmış, həmçinin onlara Bakının tarixi, mədəni və müasir görüntüləri təqdim edilmişdir. Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilmiş, Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA