Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb - Hesabat + Cədvəl

img

27-03-2017 [14:04]


Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% azdır. 

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarına Tənzimlənməsi üzrə Qurumunun (EPDK) açıqladığı statistikada qeyd edilib.
 
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Türkiyəyə 594,46 mln. kubmetr təbii qaz ixrac edib.
 
Yanvarın sonuna ola göstəricilərə əsasən, Türkiyənin qaz idxalında Azərbaycanın payı 9,98%-dir. Ötən ilin yanvar ayında bu göstərici 11,02% olub.
 
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyəyə ümumilikdə 5 mlrd. 914,34 mln. kubmetr təbii qaz idxal edilib. Türkiyəyə qaz idxal edən ölkələrin siyahısına Rusiya başçılıq edir. Yanvarda şimal qonşumuz Türkiyəyə 2 mlrd. 829,41 mln. kubmetr təbii qaz nəql edib. İkinci yerdə qərarlaşan İran qardaş ölkəyə 789,58 mln. kubmetr qaz satıb. Üçüncü yerdəki Əlcəzair Türkiyəyə 636,6 mln. kubmetr təbii qaz ixrac edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA