Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

27-03-2017 [12:43]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 4-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti,  dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 
 
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA