ilham Əliyev Müdafiə Nazirliyinin DSX və DQ ilə birgə təlimini izləyib

img

24-06-2010 [03:35]


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib. Prezident İlham Əliyev xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb. Sonra Ali Baş Komandan hərbi texnika və silah nümunələri ilə tanış olub. Məlumat verilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyib. Hərbçilər qarşısında çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA