Hökumət mazut idxalı ilə bağlı qərar verdi - Rüsumdan azad edildi

img

24-03-2017 [11:09]


Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bununla bağlı Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA