23-03-2017 [23:59]
2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 3174 manat, qeyri-neft sektorunda 441 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları 684 manat olub.
Əvvəla, bu maaş statistikası doğrudurmu? Neft sahəsində doğrudanmı orta maaş 3174 manatdır? Cəmi 3 il qabaq – hələ böhran olmayanda burda orta aylıq maaş 1756 manat idi. O vaxtdan xeyli hadisə olub, neftin qiyməti aşağı düşüb, iqtisadi çətinliklər yaranıb, neft sektorunda maaşlar isə 2 dəfə qalxıb.
İkincisi, Azərbaycanda bu artımdan sonra da,maaş dolanmağa çatırmı? Və yenə orta maaş qonşu ölkələrdən azdırmı?
Müxtəlif ölkələrdə orta maaşın hesablanması qaydaları ətrafında mübahisə olsa da, yenə də müqayisə maraqlıdır.
Statistsik məlumat saytı NUMBEO-ya görə, Ermənistanda hazırda orta aylıq maaş dollara çevirəndə 295 dollar, Gürcüstanda 281 dollar, Azərbaycanda 252 dollardır.

Iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Statistika Komitəsinin dediyi real yox, nominal rəqəmlərdir. Onun bildirdiyinə görə, ölkədə ikirəqəmli inflyasiya baş verdiyinə görə insanların nominal gəlirləri artsa da, real gəlirləri əksinə azalıb. İqtisadçı ekspert həmçinin qeyd edir ki, orta aylıq əmək haqqının hesablanmasına gəldikdə,Dövlət Statistika Komitəsinin hesablama qaydaları beynəlxalq qaydalara cavab vermədiyindən Azərbaycanda bu göstəricilərdə müəyyən qədər yüksək rəqəm alınır.
Ekspert deyir ki,manatın məzənnəsinin oynamasını nəzərə alsaq, xeyli aşağı rəqəm alınar.Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda orta aylıq əmək haqqı Qafqaz ölkələrindən,keçmiş postsovet ölkələrindən aşağı səviyyədədir.

Ekspert deyir ki, devalvasiya nəticəsində xarici şirkətlərdə çalışan, dollar ekvivalenti qarşılığında manatla əmək haqqı alan şəxslərin aldıqları da, əmək haqqının artımı kimi şərtləndirilir və bu orta aylıq əmək haqqının hesablanmasına təsir edir. Qubad İbadoğlu onu da deyir ki, əsasən dövlət sektorunda çalışanların aldıqları, bundan başqa orta aylıq əmək haqqı səviyyəsində maaş alanların məvacibləri onların sosial xərclərini ödəmək iqtidarında deyil.

Keçmiş maliyyə naziri Fikrət Yusifov orta aylıq əmək haqqınının rəqəmlərində göstərilən artımları real artım hesab edir. Amma ekspert neft sektorunda çalışanların göstərilən əmək haqqına fərqli yanaşmağı təklif edir.
Onun sözlərinə görə neft sektorunda bəzi işçilərin əmək haqqı yüksək olduğu üçün həmin sahədə çalışanların orta aylıq əmək haqqının göstəricilərinə təsir edir. Fikrət Yusifov həmin statistikada göstərilən digər sahələrlə bağlı rəqəmləri real qəbul etdiyini deyir(azadliq radiosu).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi