Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 93 akt və protokol tərtib olunub

img

24-06-2010 [12:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 iyun tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 93 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 göstəriş verilib. Ümumilikdə 24 iş üzrə 18635 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6389 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 4 iş üzrə 196,15 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla) 223,15 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 224 iş üzrə 21303,31 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 18783 manat ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 27 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Su ehtiyatlarının mühafizəsi üzrə 10 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 4 icrası məcburi olan göstəriş verilib. 2 iş üzrə 1000 manat məbləğində cərimə, 50 iş üzrə isə 6796 manat məbləğində ödəmə tətbiq edilib. Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 14 akt və protokol tərtib olunub. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 8 icrası məcburi olan göstəriş verilib. 1 iş üzrə 60 manat məbləğində cərimə, 112 iş üzrə isə 7387,31 manat məbləğində ödəmə tətbiq edilib. Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunub. 1 iş üzrə 500 manat məbləğində cərimə, 9 iş üzrə isə 665 manat məbləğində ödəmə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA