?AER? zirkətində istehsal edilmiz dondurmaları almamaq tövsiyyə edilir

img

24-06-2010 [11:58]


Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ?AER? şirkətində aparılan yoxlama zamanı etiketində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 19,3 ton dondurmanın satışı dayandırılmış və 3 çeşiddə hazır məhsuldan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən ?Belıye noçi? qaymaqlı dondurmanın tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox, plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasının tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqa-nizimlərin sayının normadan çox, yağın, saxarozanın və quru maddələrin ümumi kütlə payının isə normadan az, ?Nağıl? südlü dondurmanın tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və bağırsaq çöpü qrupundan olan bakteriyalar olduğu müəyyən edilib. Bununla əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış ümumi çəkisi 4760 kiloqram olan ?Belıye noçi? qaymaqlı, ?Nağıl? südlü və plombir dondurmalarının məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən ?AER? şirkətinə icrası məcburi göstəriş verilib. Bundan başqa satışı dayandırılmış digər hazır məhsullardan da nümunələr götürülərək laborator müayinəyə göndərilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ?AER? şirkətində istehsal edilmiş dondurmaları almamağı tövsiyyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA