Azərbaycan pomidoru rusları yenə təəcübləndirdi - Bu dəfə kiloqramı 27 manata...

img

22-03-2017 [15:32]


Rusiyanın Kareliya muxtar respublikasının sakini olan qadın Petrozavodsk şəhərinin marketlərindən birində "qızıl qiymətinə” satılan Azərbaycan pomidorunun fotosunu sosial şəbəkələrdə paylayışıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin marketdə 1 kiloqram Azərbaycan pomidorunun qiyməti 750 rubl, yaxud 27 Azərbaycan manatıdır. 

"Yəqin bu pomidor Petrozavodska piyada gəlib ki, belə bahalıdır”-qadın ironiya ilə yazıb.

Xatırladaq ki, Azərbaycan pomidoru bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərinin sakinlərini təəcübləndirmişdi. Məlum olmuşdu ki, şəhərdəki bazarlardan birində Azərbaycan pomidoru "su qiymətinə”, kiloqramı cəmi 20 rubla (təxminən 50 qəpik) satılır. Bu barədə fotoların sosial şəbəkələrdə yayılmasından sonra "Komsomolskaya Pravda”nın jurnalistləri bazara yollanıb Azərbaycan pomidorunun doğrudan da 20 rubla satıldığına əmin olmuşdular.

Hazırda Bakı bazarlarında yerli istixanalarda yetişdirilən pomidorun 1 kiloqramı 2 manat 50 qəpikdən başlayır, 6-7 manata qədər qalxır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA