Məktəblərdə bayram tətili neçə gün davam edəcək? - Nazirlik açıqladı

img

18-03-2017 [11:32]


Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Nazirlikdən bildirilib ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.
Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA