Gələn aydan "Avro-2"yə cavab verməyən avtomobillər idxal edilməyəcək

img

23-06-2010 [04:46]


Gələn həftədən - iyulun 1-dən Azərbaycanda ?Avro 2? standartlarına cavab verməyən avtomobillərin gətirilməsi dayandırılacaq. Yeni standartların tətbiqi ilə əlaqədar ölkəyə idxal olunan avtomobillərə istehsal tarixinə görə məhdudiyyətlər qoyulmayacaq, yalnız texniki vəziyyəti nəzərə alınacaq. Artıq bununla əlaqədar texniki normativlər də hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev deyir ki, normativə uyğun olaraq, iyulun 1-dən Azərbaycana gətirilən avtomobillərin kateqoriyaları müəyyənləşdiriləcək və müvafiq qaydada rəsmiləşdiriləcək. ?Avro 2? standartının tələblərinin müəyyən olunmuş vaxta qədər alınmış, eləcə də ölkədən xaricə çıxarılmış və yenidən Azərbaycana gətirilən avtomobillərə şamil edilməyəcəyini deyən S. Abdullayev normativin şərtlərinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu ilin 1 yanvar tarixinə Azərbaycanda 925 min avtomobil dövriyyədə olub. Hər avtomobildən işlədilən 100 litr benzin müqabilində atmosferə 20 kq dəm qazı atılıb: ?Ölkəyə ilk dəfə gətirilən yeni minik avtomobillərinin ?Avro-2? standartlarının tələblərinə cavab verib-vermədiyinin yoxlanılacaq və həmin avtomobil vasitələrinin tipi təsdiq edilərək məlumat reyestrinə salınacaq. Bundan sonra, həmin avtomobildən başqa bir şəxs və ya şirkət də gətirərsə, onun rəsmiləşdirilməsində problem olmayacaq. S. Abdullayev deyir ki, Azərbaycana gətirilən və daxili bazarda istismar, satış və ya digər məqsədlərlə istifadəsi nəzərdə tutulan işlənmiş avtonəqliyyat vasitələrinin bu standarta uyğunluğu sertifikatlaşdırma orqanı tərəfindən verilən uyğunluq sertifikatı ilə təsdiqlənəcək: ?Tipi təsdiqlənməmiş və ya uyğunluq sertifikatı olmayan avtomobil nəqliyyat vasitələrinin ölkə ərazisində istismarı qadağan ediləcək?. Bu standartların karbüratorlu avtomobillərin ölkəyə idxalını məhdudlaşdırmayacağını deyən komitə əməkdaşı hesab edir ki, yeni standartların tətbiqi ölkəyə avtomobil idxalını da azaltmayacaq: ?Bu standartlar eyni zamanda ölkəyə idxal edilən yük avtomobillərinə də şamil olunacaq. Avtomobillərə texniki baxış zamanı onların standartlara cavab verib-vermədiyi müəyyənləşdiriləcək. Belə avtomobillərin ?Avro-2? standartlarına uyğunlaşdırılması üçün onlara katalizatorların qurulması da mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA