Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

17-03-2017 [13:06]


Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA