Magistraturalarının müəyyən ixtisaslazmalarının dövlət sifarizli yerləri üzrə müsabiqə zərtləri dəyizdirilib

img

23-06-2010 [03:04]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadənin yanında ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələrinə həsr olunmuş müşavirə keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müşavirədə qərara alınıb ki, ali təhsil müəssisələri magistraturalarının aşağıda göstərilən ixtisaslaşmalarının dövlət sifarişli yerləri üzrə müsabiqə şərtləri dəyişdirilsin: bu yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi balı (balların cəmi) 80-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılsınlar. Proqram nömrəsi İxtisaslaşma kodu İxtisaslaşmanın adı 6 22285 Qara və əlvan metalların və ərintilərin tökmə istehsalı 6 22317 Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı 6 22325 Kompozisiya və ovuntu materialları, örtüklər 7 22625 Cihazqayırma texnologiyası (ümumi cihazqayırma) 7 22999 Maddi istehsal vasitələrinin renovasiyası üzrə) 7 29398 Texnoloji maşınlar və avadanlıqlar 7 56265 Maşınqayırma texnologiyası 7 56298 Texnoloji maşınlar və avadanlıqlar (yeyinti sənayesi üzrə) 7 56313 Texnoloji maşınlar və avadanlıqlar(toxuculuq və yüngül sənaye üzrə) 15 56354 Texniki sistemlərdə idarəetmə və informatika 18 24683 Materialşünaslıq və materialların texnologiyası 21 56532 Ətraf mühitin mühəndis mühafizəsi 22 29462 Çörək, makaron, unlu qənnadı məmulatlarının və qida konsentratlarının texnologiyası 22 56362 Taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası 22 56379 Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası 22 56387 Qida sənayesi və iaşə sistemində bədii layihələndirmə və tərtibat 23 56427 Tikiş məmulatlarının texnologiyası 23 56435 Gön-dəri məmulatlarının konstruksiya edilməsi 23 56443 Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi 23 56451 Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi 27 bütün ixtisaslar 47 52117 Aqrobiokimya 47 52133 Aqronomluq 47 52141 Bitkilərin mühafizəsi 47 52158 İpəkçilik 47 52174 Kənd təsərrüfatı bitkiləri genetikası 47 52182 Bitkiçilik 47 52199 Meyvəçilik 47 52222 Üzümçülük 52 54742 Xarici dillər (rus dili) 65 bütün ixtisaslar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA