Bakıda 2 uşaq atası özünü asdı - YENİLƏNİB

img

17-03-2017 [12:17]


Bu gecə Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, saat 22 radələrində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində kirayə yaşadığı evin həyətində özünü asan 33 yaşlı Qismət Yusubov ailəli, 2 uşaq atası olub. Əslən Lənkəranın Bəliton kəndindən olan Qismət Yusubov xeyli vaxtdır, işsiz imiş. O, dünən axşam saatlarında həyat yoldaşı və uşaqları yaxın qonşunun evində olarkən həyətdəki üzüm çardağından özünü kəndirlə asıb. Az sonra qonşudan qayıdan qadın və uşaqları həyətdə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilir ki, Q.Yusubovun heç kimlə problemi olmayıb və psixi durumu normal imiş.
Araşdırmalar davam etdirilir.

---

Bakıda intihar hadisəsi baş verib.

Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Badamdar qəsəbəsində kirayədə yaşayan Lənkəran sakini, 1984-cü il təvəllüdlü Qismət Eynulla oğlu Yusubov yaşadığı evin həyətində üzüm çardağından özünü asaraq, öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA