Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın uzadıldı - Məleykə Abbaszadə açıqladı

img

17-03-2017 [11:51]


Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 00:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. 

Onun sözlərinə görə, aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də  ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir: "Belə ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.
 
M.Abbaszadə bildirib ki, bu vaxta kimi magistraturaya 10 650 nəfərər ərizəsini təsdiq edib, onlardan 9641-i Azərbaycan, 1009-u isə Rus bölməsinin məzunlarıdır. 

Onun sözlərinə görə, rezidenturaya isə 949 nəfər ərizəsini təsdiq edib ki, onlardan  825-i Azərbaycan, 124-ü Rus bölməsinin məzunlarıdır:

 "Bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA