"Azərbaycan Beynəlxalq Bankı"nda daha bir dəyişiklik - Təyinat

img

17-03-2017 [10:54]


"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-nin Müşahidə Şurasına yeni təyinat baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Aqşin Əmirov Şuraya üzv təyin olunub.

O, bu vəzifəyə martın 13-də təyinat alıb. Qeyd edək ki, A.Əmirov ötən ilin dekabr ayının 27-dən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavinidir. Bunadək bankir "Bank Respublika" ASC-də analoji vəzifəni tutub. ABB-nin Problemli kreditlərlə iş, Struktur bölmələrlə iş və Risklərin idarə edilməsi departamentləri A.Əmirovun kurasiyasındadır.

"ABB-Moskva"nın Müşahidə Şurası ümumilikdə 3 nəfərdən ibarətdir.

Şuranın yeni sədri Zaur Qaraisayevdir. A.Əmirov kimi, o da martın 13-də yeni vəzifəsinin icrasına başlayıb. Bunadək Z.Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Yeri gəlmişkən, Z.Qaraisayev hətta bir müddət müvəqqəti olaraq "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Bu, Abbas İbrahimovun ABB-yə transfer olunduğu dövrə təsadüf edib. Xatırladaq ki, A.İbrahimov hazırda ABB-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

"ABB-Moskva"nın saytında yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, Z.Qaraisayev hazırda həmçinin ABB-nin İdarə Heyəti sədrinin müşaviridir. Bu vəzifədə Z.Qaraisayev törəmə müəssisələrlə işi idarə edəcək.

"ABB-Moskva"nın Müşahidə Şurasının digər üzvü isə Fərid Həşimovdur. O, bu vəzifəni 2015-ci ilin dekabrın 12-dən tutur. F.Həşimov ABB-nin Struktur bölmələrlə iş departamentinin direktorudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA