"...Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etməsinə qarşıdır" - Qorxmaz Hüseynov

img

17-03-2017 [10:34]


"Ümumdünya Su Şurası insanlıq üçün, həyat üçün təhlükəli olan bütün təhdidlərə qarşıdır".

Bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Ermənistanın Sərsəng su anbarından təhdid vasitəsi kimi istifadə etməsinə münasibət bildirərkən deyib.

Q.Hüseynov dəfələrlə beynəlxalq tədbirlərdə bu məsələnin qaldırıldığını bildirib: "Beynəlxalq tədbirlərdə bir neçə dəfə bu məsələni qaldırmışıq. Hətta ötən il Cənubi Koreyada keçirilən Dünya Su Forumunda da çıxış edərkən Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etdiyini demişəm. Dünya Su Şurasının bu məsələyə münasibəti birmənalıdır. Bu təşkilat insanlıq əleyhinə olan bütün təhdidlərə qarşıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA