16-03-2017 [19:41]
Martın 17-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses aprelin 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
| Tədbir | Tarix (2017‑ci il) | Qeyd |
| Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: | ||
| Magistraturaya qəbul olunmaq üçün ərizə qəbulu | 10 – 17 mart | Davam edir |
| İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 05 – 08 aprel | |
| QƏBUL İMTAHANI – 1-ci mərhələ | 09 aprel | |
| Proqram seçimi | 15 – 22 may | |
| İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 31 may - 03 iyun | |
| QƏBUL İMTAHANI – 2-ci mərhələ | 04 iyun | |
| Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə: | ||
| Rezidenturaya ərizə qəbulu | 10 – 17 mart | Davam edir |
| İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 05 - 08 aprel | |
| QƏBUL İMTAHANI 1-ci mərhələ | 09 aprel | |
| İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 01 - 04 iyul | |
| QƏBUL İMTAHANI 2-ci mərhələ | 05 iyul | |
| Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) | ||
| İlk imtahanda iştirak üçün qeydiyyatın aparılması | 16 mart‑31 mart | Davam edir |
| 1-ci imtahan | 09 aprel | |
| 2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) | 20 – 31 may | |
| 2-ci imtahan (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) | 11 iyun | |
| Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə: | ||
| Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları* | 27 may, 11 iyun | |
| ərizə qəbulu (I- IV qruplar) | 16 mart‑10 aprel | Davam edir |
| ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı | 15 – 22 may | |
| QƏBUL İMTAHANI (ilk imtahan) – I-IV qruplar üzrə | Aprel‑may | |
| QƏBUL İMTAHANI (ikinci imtahan) – I-IV qruplar üzrə | İyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 iyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları | 25 iyul - 03 avqust | |
| jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı | 21 – 24 iyul | |
| Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında: | ||
| ərizə qəbulu | 14 mart - 4 aprel | Davam edir |
| QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) | 16 aprel | |
| QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) | İyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 iyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı | 19 – 23 iyul | |
| Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında: | ||
| ərizə qəbulu | 16 mart‑10 aprel | |
| QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) | İyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 İyul | |
| xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı | 25 iyul-03 avqust | |
| Buraxılış imtahanları: | ||
| İlk peşə-ixtisas təhsili müəssisələri | 12 mart | keçirilib |
| Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət - region | 05 mart | keçirilib |
| Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət - region | 12 mart | keçirilib |
| Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət - region | 18 mart | |
| Ümumi orta təhsil bazasında II mərhələ | İyun | |
| Tam orta təhsil bazasında | İyun | |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi