General Zakir Nəsirov nə vaxt azadlığa çıxacaq?

img

16-03-2017 [18:35]


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunanlar arasında Daxili İşlər Nazirliyinin sabiq şöbə rəisi, general Zakir Nəsirovun da adı var.

Mia.az xəbər verir ki, bugünkü sərəncamla onun ömürlük cəzası 15 il cəza ilə əvəzlənib.

Bəs, general nə vaxt azadlığa çıxacaq?

Məlumat üçün deyək ki, o, 2005-ci ildə "Qara kəmər" adlı əməliyyatla həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: "Həbs isə 2005-dən, yəni həbs olunduğu gündən hesablandığı üçün Zakir Nəsirovun 2020-ci ildə azadlığa qovuşacağını da demək olar. Mümkündür ki, o, cəzasının böyük hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığıa çıxmaq üçün məhkəməyə müraciət edə və bununla da daha tez azadlığa çıxa bilər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA