16-03-2017 [16:11]
21 fevral və 21 dekabr 2015-ci il devalvasiyaları, neftin dünya bazarlarında ucuzlaşması Azərbaycanın bank sektorunun çöküş dövrünə qədəm qoymasına səbəb oldu.
Mia.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən ümumilikdə 10 bankın (Royal Bank, Bank of Azerbaijan, Texnikabank, Zaminbank, Parabank, Dekabank, Kredobank, Atrabank, Qafqaz İnkişaf Bankı, Bank Standard) lisenziyası ləğv edilib. Daha bir neçə bankın isə filialları bağlanıb.
"Banklarda manat yoxdur”
İqtisadçı Natiq CəfərliModern.az-a banklarda manat kütləsinin çatışmadığını deyib: "Hazırda Azərbaycanda bank sektorunda acınacaqlı vəziyyət yaranıb. Mərkəzi Bank milli valyutanın dövriyyəsini azaltdığından, bankların işləməsi üçün manat kütləsi çatışmır. Banklarda kredit faizləri çox yüksəkdir, buna görə də kredit verə bilmirlər. Banklar kredit vermək istəsə belə, götürmək istəyənlərin sayı çox azdır. Çünki kommersiya kreditləri 29-30 faizə qalxıb. Bu isə iş adamları üçün əlçatmaz rəqəmlərdir. İş görmək, krediti qaytarıb, borcu bağlamaq çox çətindir. Bundan başqa, banklar, verdikləri kreditləri geri yığa bilmirlər. Hər ay problemli kreditlərin həcmi artır. Rəsmi rəqəmlərə görə, problemli kreditlərin həcmi 10 faizə çatıb. Qeyri-rəsmi məlumatlara görə, rəqəmlər ən azı 3-4 dəfə çoxdur. Kommersiya bankları bir çox hallarda panika yaratmamaq üçün problemli kreditlərin həcmini az göstərirlər”.
"Novruz bayramından sonra bir neçə bank bağlanacaq”
N.Cəfərli yaxın günlərdə bir neçə bankla bağlı mühüm qərarlar veriləcəyini bildirib: "Ötən ilin sonunda hökumət nümayəndələrinin açıqlamalarında, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarında banklarda sağlamlaşdırma və təmərküzləşmə prosesinin davam edəcəyi açıqlanmışdı. Görünən odur ki, prosesə yenidən start verilib. Bu baxımdan, xüsusilə Novruz bayramından sonra bir neçə bankın, bank filiallarının bağlanacağı, birləşdirilməsi prosesi baş verəcək. Bu da qaçılmazıdır. Çünki bank sektorunda sağlamlaşdırma aparılmasa, ölkə iqtisadiyyatında canlanmaya nail olmaq mümkünsüzdür.
Ona görə də yaxın həftələrdə, xüsusilə martın sonu, aprelin əvvəllərində bir neçə bankın bağlanması və birləşdirilməsinin şahidi olacağıq”.
Bankların ləğv edilməsi sonuncu həmlədir...
Ekspert bildirib ki, sağlamlaşdırma işi lisenziyanın ləğv edilməsilə məhdudlaşmamalıdır: "Bundan sonra Mərkəzi Bank və Palata xarici bankların ölkəyə birbaşa çıxışına qərar versələr, rəqabət mühiti yaranar. Bizim yerli banklar ən azından normal beynəlxalq qaydalara uyğun işləməyi bacararlar.
Bankların bağlanması sağlamlaşdırma prosesinin reallaşması üçün ən pis çıxış yoludur. Eyni zamanda, problemli bankları ayaqda saxlamaq mümkün deyil. Ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankdan yardımlar olunmalıdır. Buna isə büdcə hazır deyil.
Bankların bağlanması, birləşdirilməsi, obrazlı desək, çürük bankların sıradan çıxmasına səbəb olacaq ki, bu da sağlamlaşma üçün çox vacibdir. Amma təkcə bu yolla bank sektorunu ayaqda saxlamaq da mümkün deyil. Mərkəzi Bank ilk növbədə kredit faizlərini aşağı salmalıdır. Əgər növbəti olaraq bu addım atılmayacaqsa, sağlamlaşdırma tam realaşmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi