Daha bir yazıçı intihar etmək istəyir? - Deputat hadisə yerində

img

16-03-2017 [12:28]


Tanınmış şair, yazıçı Kənan Hacı gənc yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar edəcəyi ilə bağlı status paylaşıb.

Onun "Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” sözləri yaxınlarının ciddi narahatlığına səbəb olub.

Bu statusundan sonra yazıçı telefonlarınə söndürüb. Bir çox şəxs isə onun yaşadığı evə gedib, lakin evdə heç kimin olmadığını bildirib. Millət vəkili Qənirə Paşayeva da Kənan Hacının evinə yollanıb.

Yazıçının həyat yoldaşı İlhamə Dağlı isə K. Hacı ilə əlaqə saxlaya bilmədiyini, hazırda işdə olduğunu və məsələdən xəbərsiz olduğunu deyib.

Məlumat üçün bildirək ki, Kənan Hacı uzun illərdir, Hepatit C xəstəliyindən əziyyət çəkir(bakipost.az).

Son məlumata görə, Kənan Hacının yeri bəlli olub. O, sağ-salamatdır. Onun niyə belə bir xoşagəlməz açıqlama verməsi isə müəmmalıdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA