"Azərbaycan bölgədə sabitləşdirici rol oynayır" - İlham Əliyev

img

16-03-2017 [10:49]


"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm".
 
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox effektiv fəaliyyət göstərir: "50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir. Tədbirdə 40-dan artıq hazırkı və sabiq prezident, parlament sədri iştirak edir".
 
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib".
 
Dövlət başçısı qeyd edib ki, dünyada miqrant böhranı var: "Miqrant böhranı dünyada anlaşmanı azaldır. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır".
 
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir: "Ona görə də sivilizasiyalararası dialoqa töhfə veririk".

"Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb". Dövlət başçısı deyib ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur: "Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır". Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır, Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik". Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA