FED-in qərarı dolayısı ilə bizə təsir edə bilər - Mərkəzi Bankdan devalvasiya mesajı

img

16-03-2017 [10:27]


ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək. 

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.

"Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA