15-03-2017 [19:07]
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xarici şirkətlərlə şişirdilmiş qiymətlərlə müqavilə bağlaması barədə ABŞ qəzetlərində çap olunmuş araşdırmalardan sonra ölkədə bir çoxlarını təşvişə salıb.
Dövlətin milyonlarla vəsaitini mənimsəmiş bəzi qurumların rəhbərləri apardıqları qanunsuz maliyyə əməliyyatlarının izlərini itirməyə çalışırlar.
24saat.org saytının AzTV-dən aldığı məlumata görə, son günlər sədr Arif Alışanov da təlaş içində bu problemi həll etməyə girişib.Xəbər verilir ki, AzTV-nin son on bir ildə dövlətdən aldığı 704 milyon manat vəsaitin təxminən 158 milyonu əsasən naməlum xarici şirkətlər vasitəsilə "xərclənib”.
Mənbənin verdiyi məlumata görə, A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyinin və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır.Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarla bağlıdır.
Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər, məhz bu məlumat bazasındadır.
Həmin bazadakı məlumatlara görə, AzTV son illərdə Bırləşmış Ərəb Əmirlikləri (BƏƏ), Meksika, hətta İndoneziya şirkətlərindən teleradio avadanlığı alıb.
Qəribə burasıdır ki, həmin şirkətlərin çoxu AzTV ilə 6-7 milyon dollarlıq alqı-satqı aparandan sonra yoxa çıxıblar.
Məsələn, telekanal 2011-ci ildə avadanlıq almaq üçün ayrılmış 6,6 milyonvəsaitin 1 milyon 144 min manatına Vircinya adalarında qeydiyyatdan keçmiş, amma adicə veb-saytı belə olmayan "Broadcast Premium Solutions Ltd”dən guya virtual studiya, 3G şəbəkə sistemi, videokasetlər və s. alıb. Nə baş veribsə, bu "uğurlu” əməliyyatdan az sonra həmin şirkət yoxa çıxıb.
Alışanovun videokaset üçün 972 689 manat verdiyi podratçı "Quattro Technologies İnc” şirkəti də müəmmalı şəkildə eyni taleni yaşayıb. Yaxud "Sandler Expert Limited”, guya Yeni Zelandiyada yerləşən bir şirkətdir.Opencorporates.comsaytında 2008-ci ildə yaradıldığı, 6 iyul 2011-ci ildə bağlandığı göstərilir. Şirkət Alışanovla 296 000 dollarlıq sövdələşmədən sonra ləğv olunub. AzTV-dəki mənbə sonuncu qurumdan faktiki olaraq heç nə alınmadığını və belə yalançı şirkətlərin yalnız pulların nağdlaşdırılması məqsədi ilə yaradıldığını bildirir.
Verilən məlumata görə hazırda A.Alışanov BƏƏ-nin ofşor zonalarındakı ticari işlərə aidiyyatı olmayan "Polygon…”, "Gentech Fze” və adı heç bir axtarış sistemində çıxmayan "Rubicon General Trading LLC” şirkətləri ilə apardığı maliyyə əməliyyatları barədə baza məlumatlarını sildirməyə çalışır.

(Reyestr- 2012–Faylı yükləmək üçün üzərinə sıxın )


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi