Xırdalanda ölən 5 nəfərdən ikisi ana-baladır - Araşdırma gedir (FOTO)

img

15-03-2017 [15:38]


"Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.

Mia.az xəbər verir ki, bunu Modern.az-a Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. 

O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib:

"Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.  Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.

Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb. 

Mia.az-ın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən 1-i tələbə qızının yanına bayrampayı gətirən ana olub: "Qonşularının dediyinə görə, vəfat edən Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızının anasıdır. Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Onun qohumu Nübar Musayeva isə Balakəndə yaşayırmış. O, ötən gün qızı Aytən Musayevanı Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qohumunun yaşadığı evdə gecələmək istəyib və o gecə ana-balanın son gecəsi olub...

Başqa bir məlumata görə isə, Nübar Musayeva qızı ilə qohumlarının evinə həm də bayram payı gətirib, bayramlaşmaq istəyibmiş...".

 Xatırladaq ki, digər vəfat edənlər 999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.

Mələk Abbasova və Turanə Xalıyeva Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbələridir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA