"Bütün mikrorayonlar hissə-hissə söküləcək" - Abid Şərifov

img

15-03-2017 [13:07]


"Nazirlər Kabinetinin belə bir qərar verməsinə mən çox sevinirəm".

Bunu baş nazirin müavini Abid Şərifov jurnalistlərə Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonda binaların sökülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən təklif edilib: "Keçmiş Sovetlər birliyində insanları mənzillə təmin etmək ən ciddi problemlərdən biri idi. 1-ci mikrorayon və digər ərazilərdə inşa edilən panel binalar fıransızlar tərəfindən müvəqqəti yaşamaq üçün tikilib. Bu binalar ancaq beton panellərlə tikildiyinə görə, bütün normativlər pozulub. Belə evlərdə yaşayanların əksəriyyəti xəstələnirlər. Hətta bir müddət mən də o evlərdən birində yaşamışam. Bu evlərdə problem çoxdur və başdan ayağa xəstəlikdir. Ona görə də bu evlərin sökülməsini mən təqdirəlayiq hal hesab edirəm. Bu möhtəşəm bir layihədir. Bütün mikrorayonlar hissə-hissə söküləcək. Onların yerində 9-12 mərtəbəli binalar tikiləcək. Həmçinin bütün sosial obyektləri ilə birlikdə söküləcək".
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA