5 tələbə qız boğulub öldü - Xırdalanda dəhşətli hadisənin qurbanlarının adları açıqlandı(Yenilənib)+Fotolar

img

15-03-2017 [13:00]


Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

**** 

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.

OnlarBalakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva TuranəVahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır. Mələk Abbasova vəTuranəXalıyevanınBakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecininikinci kurs tələbəsi olduqlarıbildirilir. Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.






Faktla bağlı araşdırmalar davam etdirilir(apa).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA