14-03-2017 [22:41]
Martın 14-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin "Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatı olub.
Heydər Əliyev Fondundan mia.az-a verilən xəbərə görə, fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
Təqdimatdan əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Azərbaycan faunasının incisi – ceyranlardan bəhs edən film Şirvan, Ağgöl, Abşeron, Korçay və Qobustandakı xüsusi mühafizə olunan təbiət ərazilərində çəkilib. Xronometrajı 40 dəqiqə olan filmdə qeyd edilir ki, Cənubi Qafqazda ceyranlar vaxtilə sıx məskunlaşsa da, ötən əsrdə onların sayında kəskin azalma müşahidə olunurdu. 1961-ci ildə aparılan aviasayğı nəticəsində respublika ərazisində 131 baş ceyran qeydə alınmışdı. Bu nadir növün xilası üçün 1961-ci ildə Bəndovan dövlət təbiət yasaqlığı, 1969-cu ildə Şirvan dövlət qoruğu yaradılıb və 20 il sonra bu ərazilərdə ceyranların sayı 3 minə çatıb. 2003-cü ildə isə ərazidə Şirvan Milli Parkı yaradılıb. Nəticələrə nəzər saldıqda əminliklə söyləmək olar ki, Cənubi Qafqazda ceyranlar Azərbaycanda aparılan işlər sayəsində xilas edilib.
Sənədli filmdə 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” proqramı çərçivəsində görülən işlər əksini tapıb. Belə ki, Şirvan Milli Parkının ərazisindən ceyranlar Acınohur-Sarıca və Mil düzlərinə, Bozdağ silsiləsinə və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə gətirilib. Təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi ceyranların bərpası və mühafizəsi üzrə fəaliyyəti dəstəkləyib və bu işə öz töhfəsini verib.
Qeyd edək ki, "Azərbaycan. Ceyranların xilası” filmi İqor Bışnyovun rejissorluğu ilə IDEA tərəfindən reallaşdırılan dördüncü filmdir. İlk üç film IDEA İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş "Şirvan Milli Parkı”, "Quşlar cənnəti – Ağgöl Milli Parkı” və "Göygöl Milli Parkı” sənədli filmləridir.
"Azərbaycan. Ceyranların xilası” filmi IDEA-nın təşəbbüsü ilə ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, filmin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.
Layihənin məqsədi Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi