Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olacaq - Siyahı

img

14-03-2017 [21:29]


Azərbaycan pasportu 2017-ci ildə daha çox ölkəyə vizasız getməyə imkan verəcək.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Henley & Partners" şirkətinin "İllik viza məhdudiyyəti indeks"ində (Visa Restrictions Index) deyilir.

Qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan vətəndaşlarının digər ölkələrə vizasız gediş üçün daha çox imkanı olub. Azərbaycan indeksdə 74-cü yerə yüksəlib. Bundan əvvəlki göstərici 75 idi.

Ümumilikdə, Azərbaycan pasportu ilə vizasız səfərlərlə bağlı irəliləyiş var (2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə).

Azərbaycanın qonşu ölkələri reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:

- Rusiya – 51, Тürkiyə – 52, Gürcüstan – 68, Qazaxıstan – 71-ci yer.

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. İkinci yerdə İsveç qərarlaşıb, 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka.

İndeksdə son yerləri Pakistan, İraq və Əfqanıstan tutur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA