?Gənclik və Borçalının gələcəyi? mövzusunda konfrans keçirib

img

22-06-2010 [06:14]


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən və ?Borçalı? İctimai Cəmiyyətinin tərkibində fəaliyyət göstərən ?Borçalı? Gənclər Təşkilatı (BGT) ?Gənclik və Borçalının gələcəyi? mövzusunda konfrans keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yada edilib. Tədbiri giriş sözü ilə ?Borçalı? GT idarə heyətinin üzvü Alı Adıgözəl açaraq, təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, 6 ay öncə yaranan təşkilatın sıralarında tək azərbaycanlı gənclər deyil, eyni zamanda Gürcüstanda yaşayan digər etnik qrupların nümayəndələri də layiqincə təmsil olunurlar: ?Hər bir qurumun aparıcı gücü gənclərdir. Bu mənada ?Borçalı? Cəmiyyətinin fəaliyyətində gənclərin rolu danılmazdır. Biz təşkilatlanaraq, millətimizə, cəmiyyətimizə, həmçinin Azərbaycan və Gürcüstan dövlətçiliyinə dəstək olmağa çalışırıq. Bunun üçün Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemləri öyrənir, onların qnunvericilik çərçivəsində aradan qaldırılmasın istəyirik. Bununla yanaşı, Azərbaycanda ali təhsil alan gürcüstanlı tələbələrin universiteti bitirdikdən sonra təkrar Borçalıya qayıdıb orada öz ixtisasları üzrə işləmələri üçün gənclər arasında təbliğat işləri aparırıq. Məqsədimiz Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrsiyasına töhvə verməkdir. Gənclik gələcək deməkdir. Ümid edirik ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin hesabına gələcəkdə Borçalı türklərinin heç bir problemi qalmayacaqdır?. Millət vəkili Nəsib Nəsibli Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən söhbət açaraq, mövcud çətinliklərin aradan qaldırılması üçün Borçalı türklərinin birliyinin vacib olmasını diqqətə çatdırıb: ?Güclü olmamız üçün bir yerdə olmağımız başlıca şərtdir. Əgər bir olmasaq, pərakəndə şəkildə regiondakı hər hansı problemi həll edə bilmərik. İstərdim ki, yeni yaranmış ?Borçalı? GT böyük gücə çevrilərək, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, mülkiyyət, işlə təminat sahəsindəki problemlərinin həll olunmasında yaxından iştirak etsin?. ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qarşıya qoyulan vacib məsələlərdən birinin də Gürcüstan cəmiyyətinə inteqrasiya olunan intellektual gənclik hazırlamaq olduğunu bildirib. Onun sözlərinə görə, bu proses həyata keçirilsə gələcəkdə Borçalıdakı yerli problemlər öz həllini tapacaq: ?Gürcüstan cəmiyyəti sürətlə inkişaf edir, demokratikləşir. Gürcüstanın hərbi doktorinasında Türkiyə və Azərbaycan bu ölkənin strateji tərəfdaşı kimi göstərilir. Belə bir məqamda Gürcüstan dövləti bütövlüyünü, qüdrətini qoruyub saxlamaq üçün etnik azərbaycanlıların problemlərinə də ögey münasibət bəsləməməlidir. Azərbaycan dilinin tədris olunması, yerli toponimlərin dəyişdirilməsi kimi məsələlər öz həllini tapmalıdır?. Konfransda Bakı Dövlət Universitetinin iqtisadi-sosial coğrafiya fakültəsinin müəllimi, professor Tapdıq Həsənov, filologiya elmləri doktoru Mədəd Çobanov, ?Borçalı? GT üzvlərindən Vasif Hacısoy, Məhəmməd Cəlilov, Xəqani Tanrıverdiyev və başqaları da çıxış edərək, Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdiyi çətinliklərdən danışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA