14-03-2017 [15:00]
"Hərrac bitdi, dollar az da olsa ucuzlaşdı, rəsmi məzənnə 1,7279 oldu. Səbəblər çox bəsitdir və qısa zaman hesablanıb".
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dolların bu şəkildə ucuzlaşmasının səbəbələri var:
"Birincisi, Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir.
İkincisi,Novruz Bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər. Üçüncüsü, banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar".
Ekspert deyib ki, əslində dollar ucuzlaşmağına sevinməliyik, amma bunun nədən baş verməsini insanlara da izah etmk gərəkdir:
"Dollar nə zaman ucuzlaşa bilər:
1) Ölkənin ixracatı artır, valyuta gəlirləri artır;
2) Ölkədə daxili istehsal artır, idxaldan asılılıq azalır;
3) Ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlir, bununla da valyuta ucuzlaşır;
Bu 3 amilin HEÇ BİRİ bu gün müşahidə olunmur".
Natiq Cəfərli bildirib ki, əslində nə baş verdiyi məlumdur:
"Birincisi, FED faiz artırımına gedir – dollar dünyada bahalaşır,
İkincisii, neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib, ölkəmizin gəlirləri azalıb.
Üçüncüsü, ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb, həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olu.
Sadalananlara əsasən, deməli, ölkədə dolların möhkəmləssinin HEÇ BİR iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır.
Yəni, vəziyyəti dərk etdiyimidən, gələcəkdə bu gün atılan addımların daha böyük fəsadlar törədə biləcəyi gördüyümdən, bu gün dolların müvəqqəti və inzibatı möhkəmlənməsinə sevinə bilmirəm. Bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək. Vəssalam".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi