14-03-2017 [14:59]
"Statoil” şirkəti Azərbaycanın "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib.
Energetika Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazir Natiq Əliyev ölkə iqtisadiyyatında neft-qaz sektorunun əhəmiyyətli çəkiyə malik olduğunu, bu baxımdan gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində neft-qaz ehtiyatları və hasilatın həcmi ilə bağlı proqnozların vacibliyini bildirib.
Onun sözlərinə görə hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” yataqlarının işlənməsi bu istiqamətdə növbəti mərhələni təşkil edə bilər. SOCAR ilə ”Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur.
"Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərdiyini və ikinci ən böyük investor statusunu qoruyub saxladığını deyərək, bu illər ərzində uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, "Statoil”un "Şahdəniz” layihəsini tərk etsə də, "Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
O, 2012-ci ildə təmsil etdiyi şirkətin "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib. "Qarabağ”, "Əşrəfi”, "Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı barədə məlumatlar diqqətə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, "Aypara” perspektiv strukturu da tədqiqata cəlb edilib və neft-qaz ehtiyatları hesablanıb.
N. Əliyev isə yekun olaraq deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkliyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirməsi üçün son dərəcədə vacibdir. Nazir "Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi