"Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm" - PA-nın şöbə müdiri

img

14-03-2017 [11:43]


Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünən ölkə başçısı tərəfindən təltif olunmasına münasibət bildirib.

Mia.az xəbər evrir ki, o, sosial şəbəkədə belə bir müraciət yayıb:

"Əziz və hörmətli yaxınlar, dostlar, həmkarlar, tanışlar!

Azərbaycan Prezidentinin sərəncamı ilə "Şərəf” ordeni ilə təltif olunmağım münasibəti ilə mənə ünvanladığınız xoş sözlərinizə, təbrik və mesajlarınıza interaktiv cavab verə bilmədiyim üçün hər birinizdən üzr istəyirəm. İş rejimim imkan vermədiyindən bunu edə bilmədim. Hesab edirəm ki, məni başa düşərsiniz. "Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Ən xoş arzularla hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA