Ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüzüb

img

22-06-2010 [03:57]


Ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorellə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın ATƏT-lə sıx əməkdaşlığını vurğulayan nazir respublikada aparılan məhkəmə-hüquq islahatlarından danışaraq, həyata keçirilən tədbirlərdə, o cümlədən hakimlərin seçimi və tədrisində ATƏT-in fəal iştirakını qeyd edib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə faydalı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini bildirib. Azərbaycanla hüquqi sahədə səmərəli əməkdaşlığı təqdir edən B.Cankorel ədliyyə və məhkəmə sahəsində əldə olunan uğurları yüksək qiymətləndirib. O, Məhkəmə-Hüquq Şurası ilə birgə tədris tədbirlərinin müsbət nəticələrini, habelə penitensiar sistemin şəffaflığını qeyd edərək cəzaçəkmə müəssisələrinə başçəkmələrin həyata keçirilməsi üçün hər cür şərait yaradılmasından məmnunluğunu bildirib. Əməkdaşlığa dair konkret təkliflər irəli sürən B.Cankorel Azərbaycanın hüquqi nailiyyətlərini alqışlayıb. Görüşdə, həmçinin yuvenal ədliyyənin inkişafı, qeydiyyat və məhkəmə qərarlarının icrası sahəsində əməkdaşlıq, inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların xarici ölkələrə tədris səfərlərinin təşkili və s. məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA