“Facebook Messenger”də postların avtomatik ləğvi funksiyası - İstifadəyə verildi

img

13-03-2017 [21:27]


"Facebook Messenger”də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Azərtac "belta.by” saytına istinadən xəbər verir ki, yeni funksiya "Messenger Day” adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkərək, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara baxa bilərlər.

Artıq bu funksiya "iOS” və "Android” sistemli qurğuların bütün istifadəçilərinə əlçatan olub.

Qeyd edək ki, ilk dəfə "Snapchat Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq "VKontakte" sosial şəbəkəsi və "Instagram”da da reallaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA