13-03-2017 [20:27]
Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb.
İlk növbədə Niderland Krallığında Türkiyə Respublikasının dövlət rəsmilərinə, habelə ikili vətəndaşlığı olan türklərə qarşı aşkar hörmətsizlik edilməsi, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasından və meydana çıxan diplomatik qalmaqaldan narahatlıq ifadə edilib.
Qeyd edilib ki, bu hadisə son vaxtlar Türkiyənin Rusiya ilə yaxınlaşması və Suriyada Avropa ilə razılaşdırılmamış bir siyasət yürütməsi ilə bilavasitə əlaqədardır:
"Avropa ölkələri bilməlidirlər ki, Türkiyənin Avropa Birliyinə nə qədər ehtiyacı varsa, qarşı tərəfin də Türkiyəyə bir o qədər ehtiyacı vardır və bu cür kobud təzyiqlərlə bu ölkəni milli maraqlarından çəkindirməyə çalışmaq yolverilməzdir. Eyni zamanda Avropa dövlətləri nəzərə almalıdır ki, bu cür hadisələr təkcə Türkiyə Avropa əlaqələrinə deyil, digər türkdilli dövlətlərin Avropaya inteqrasiyasına da ciddi zərbə vurur. Bununla yanaşı, Avropa ölkəsində dinc aksiyanın zorakılıqla dağıdılması Azərbaycan kimi insan hüquqlarını tez-tez pozan ölkələr üçün dinc aksiyalara məhdudiyyətlərə haqq qazandırılmasına səbəb olduğuna görə də ciddi tənqid edilməlidir".
İclasda həmçinin Türkiyə ilə Niderland arasında yaranmış gərginliyin tezliklə yoluna qoyulacağına inam ifadə edilib.
Keçmiş SSRİ ölkələrinin vətəndaşlarına Rusiya pasportlarının verilməsi ideyasının yenidən aktuallaşdırılması cəhdlərindən ciddi şəkildə narahat olduğunu bildirən iclas iştirakçıları Rusiya vətəndaşlığı alanların dərhal, qanunvericliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlığından azad edilməsinin vacibliyini qeyd ediblər.
Bakı-Sumqayıt yolunda baş vermiş avtoqəzada faciəli şəkildə həlak olmuş vətəndaşlarımızın yaxınlarına başsağlığı verən İdarə Heyəti üzvləri bu cür hadisələrin gələcəkdə təkrar olmaması üçün lazım olan bütün tədbirlərin, o cümlədən tələbələrin daşınması üçün xüsusi nəqliyyatın ayrılmasının vacibliyini bildiriblər.
İdarə Heyəti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) beynəlxalq koalisiyasında Azərbaycanın üzvlüyünü dayandırmasını yolverilməz hesab edərək bu addımı pisləyib. Qeyd edilib ki, neft-qaz çıxarma və filiz yataqlarının işlədiyi bir ölkə olaraq Azərbaycanın şəffaflığı artırmağa, bu sahədəki korrupsiya və mənimsəmələrin aradan qaldırılması üçün beynəlxalq şəffaflıq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. İH hesab edir ki, Azərbaycanın bu təşkilatdan çıxması ilə bağlı müraciəti qəbul edilməməli, əksinə ictimai nəzarətin daha da gücləndirilməsi istiqamətində addımlar dəstəklənməlidir.
İclasda həmçinin Kanadada Azərbaycan Dəmir yolları ilə əlaqəli bir layihədə böyük məbləğdə korrupsiya faktının aşkarlandığına diqqət yönəldilərək, Azərbaycan Respublikası Prokurorluğunun müvafiq olaraq cinayət işini başlatmasının və istintaq aparılmasının, xalqa bu haqda ətraflı məlumat verilməsinin vacibliyi qeyd edilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi