Prezident İlham Əliyev müşavirə fərdi təqaüd ayırdı - Sərəncam

img

13-03-2017 [18:32]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara belə sərəncam verilib: 

1. Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xatırladaq ki, T.Ağayev "Əməkdar mühəndis"dir. O, "Azərsu” ASC sədrinin müşaviri vəzifəsində işləyir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA