İlham Əliyevdən Prezident Administrasiyasının şöbə müdiriylə bağlı - Sərəncam

img

13-03-2017 [17:31]


Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov "Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, N.Məmmədov Prezident Administrasiyasının  Beynəlxalq Əlaqələr Şöbəsinin müdiridir. 

Martın 15-də onun 70 yaşı tamam olacaq.

Onun tərcümryi-halını təqdim edirik:

Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və institutda müəllim vəzifəsində işləməyə saxlanılmışdır.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləmişdir.

1991-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləmişdir.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin (Heydər Əliyev) fransız dili üzrə tərcüməçisi olmuş və dəfələrlə onu Fransaya, Avropa Şurasına səfərlərdə müşayiət etmişdir.

1997-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, 2012-ci ilin noyabr ayından isə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Birinci dərəcəli Dövlət müşaviridir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA