Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək - Toxunulmazlıqla bağlı qanunvericiliyə dəyişiklik

img

13-03-2017 [15:33]


"Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı , hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Ziyafət Əsgərov belə deyib.

Birinci vitse-spiker həmçinin qeyd edib ki, hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun da qəbul edilə bilər.

"Yaxud da birinci vitse-prezident və ya vitse-prezident barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər. Yəni hər şey mümkündür”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA