BP-nin regional prezidenti dəyişib - Təyinat

img

13-03-2017 [14:27]


Qari Counz (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub. 

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, Q.Counz öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
 
Q. Counz hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

O, bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birreli əvəz edəcək. Q.Birrelin yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA