Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

13-03-2017 [13:16]


Sabah Bakı və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin. Şimal-şərq küləyi əsəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istiandən bildirir ki, havanın temperaturunun gecə 4-7° isti,  gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  11-13° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA