Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

img

22-06-2010 [02:18]


Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-dan verilən məlumata görə, iyun ayının 20-də keçirilən imtahanda iştirak etmək hüququna malik olan 6629 bakalavrdan 77-i imtahana gəlməyib. Nəticələrə əsasən 5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcəklər. Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 22-dən 25-dək istədikləri ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləməlidirlər. İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır Qeyd edək ki, buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirməsi aşkarlanıb. Onların barəsində akt tərtib olunub və imtahana buraxılmayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA