Dollar yenə qalxacaq - FED sabah uçot dərəcəsini artıra bilər

img

13-03-2017 [11:56]


Sabah ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2-günlük iclası başlayır. İclasda uçot dərəcəsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir. 

Qlobal maliyyə bazarları FED-in uçot dərəcəsini bir addım, yəni 0,25 faiz bəndi artıracağına artıq əmindirlər. Buna səbəb ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət dinamikasıdır. Belə ki, ötən cümə günü açıqlanan statistik hesabata əsasən, ABŞ-da fevral ayında işsizlik göstəricisi 4,7% olub, kənd təsərrüfatı sektoru istisna olmaqla yeni iş yerlərinin sayı 200 min proqnoza nisbətən 235 min artıb. 
Həmçinin, fevralda saat hesabı əmək haqqı 0,2% artım göstərib. İqtisadi göstəricilərin müsbət tendensiyası inflyasiyanın hədəf səviyyə olan 2% həddinə yaxınlaşmasına və uçot dərəcəsinin artırılmaması halında hədəf səviyyəsini keçməsinə səbəb ola bilər.

"Report"un anlitik qrupu FED-in martın 14-15-də keçirəcəyi iclasında uçot dərəcəsinin hər zaman olduğundan 2 dəfə çox - 0,5 faiz bəndi artıra biləcəyini istisna etmir: "Belə olduğu halda, ilin sonuna qədər FED-in daha bir dəfə faiz artırma qərarı alması mümkündür və qlobal maliyyə bazarı daha rahat nəfəs alar. FED uçot dərəcəsini 0,5% artırarsa, dollar qısamüddətli möhkəmlənsə də, daha sonra sərt bir şəkildə ucuzlaşacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA