ASA-ya müvəqqəti sədr təyin edilib

img

13-03-2017 [11:28]


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib.

Yığıncaqda ASA-nın sədri Orxan Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi seçilməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Amma onun yerinə yeni sədr hələ seçilməyib.

ASA-nın sədri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun əməkdaşı Vüqar Əliyevə həvalə edilib.

Xatırladaq ki, ASA 2006-cı ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. İctimai birlik öz fəaliyyətini Azərbaycan Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” qanun, digər normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən bütün sığorta şirkətləri və "AzRe Təkrarsığorta” ASC qurumun üzvüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA