"Avropa Birliyi ölkələri ilə Türkiyə arasında dialoq qurulmalıdır" - Yaqlanddan çağırış

img

13-03-2017 [00:09]


"Avropa Birliyi (AB) ölkələri ilə Türkiyə arasında dialoq qurulmalıdır".

Bu sözləri Avropa Şurasının baş katibi Turbern Yaqland son günlər Türkiyə ilə Hollandiya arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.

"Bu durum demokratiya və diplomatiyaya zərər verir. Ölkə xaricində və daxilində yaşayan türk vətəndaşları konstitusiya dəyişikliyi ilə bağlı yetərli məlumat almalıdır. Eyni zamanda, referendum təşviqatı aydın, ədalətli və əhatəli olmalıdır. 

Həmçinin Türkiyə rəsmiləri ilə xarici həmkarları arasında dialoq şəraitində fikir həmrəyliyi olmalıdır. Bundan əlavə, lazımi hazırlıqlar üçün də vaxt verilməlidir”, - Yaqland bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA