Misir Mərdanov: ?14 minə yaxın məzun attestat ala bilməyəcək?

img

22-06-2010 [01:54]


Bu gün Təhsil Nazirliyində ümumtəhsil məktəblərin 11-ci siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov bildirib ki, ümumilikdə respublika üzrə 92002 şagirddən 88815-i imtahanda iştirak edib. Həmin şagirdlərdən 74832 nəfəri müvəffəq alıb. 14 minə yaxın şagird atestat ala bilməyəcək. Nazir qeyd edib ki, Bakı şəhərinin 11 rayonu, Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələrinin nəzdindəki məktəblər üzrə imtahanda 23037 şagird iştirak edib. Onlardan 21441 şagird müvəffəq qiymət alıb: ?Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə 8048 iştirak edib və 7420 şagird müvəffəq olub. Ölkəmizdə 59 kənd rayonunun məktəblərindən 57273 imtahanda iştirak edib və onlardan 45515-i müvəffəqiyyət qazanıb. Özəl məktəblərdən 457 şagird iştirak edib. Müsbət nəticə 456-sı göstərib. Sabah üzürlü səbəbdən imtahan gələ bilməyənlər, digər ekstremal vəziyyətdə olan və 2 il kəsilən şagirdlər üçün imtahan keçiriləcək?. M.Mərdanov onu da vurğulayıb ki, bu il 51 nəfər olimpiada qalibləri imtahandan azaddırlar. 520 nəfər xəstə olduğu və ya başqa səbəblərdən imtahandan xaric olunublar. Nazir bildirib ki, Şirvan şəhərində 8 rayonun təhsil rəhbərləri ilə görüş keçirilib. Bildirilib ki, təbii fəlakət bölgəsində olan 22 məktəb şagirdləri imtahansız attestat alacaqlar. Misir Mərdanov onuda qeyd edib ki, bu gün müəllimlərin attestasiyasına cəmiyyət hazır deyil: ?Attestasiyaya başlasaq, hərə bir tərəfdən məsələni qaldıracaq. Bu da işimizə mənfi təsir göstərəcək. O, cümlədən müəllimlərin yeni iş yerlərinə qəbul qaydaları müəyyənləşib. Bu da müəllimlərin attestasiyasını əvəz edir?. Nazir onu da bildirib ki, attestat pulsuz veriləcək: ?Dövlət ali məktəblərində də diplomlar pulsuzdur. Özəl ali məktəblərə qaldıqda isə ödəniş haqqı 4 manatdır?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA